18 Sentyabr 2015 10:18
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda tikinti materialları bazarında tikinti materialları satan şəxs dələduzluqla üzləşib.

Teleqraf.com xəbər verir ki, bazarda alver edən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Azər Dəmirov dələduzluqla üzləşib.

Üç nəfər şəxs onun etibarından sui-istifadə edərək 92 min manat dəyərində tikinti materialları alaraq qaytarmayıb. Azər Dəmirov dələduzluqla üzləşməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

O, bildirib ki, Coşqun, Qabil və Qoşun adlı şəxslər onun etibarından sui-istifadə edərək tikinti materiallarını alıblar. Onun iddiasına görə, həmin şəxslər tikinti materiallarını bu ilin mayında aparsalar da, sonra geri qaytarmayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər