Bakının Xətai rayonunda əxlaqsızlıq yuvası aşkar olunub.
Teleqraf.com xəbər verir ki, yuvanın aşkar olunması ilə bağlı əməliyyatı Xətai Rayon Polis İdarəsinin əməkdaşları keçirib.
Əməliyyat tədbirləri nəticəsində Lerik rayon sakini Adıgözəl Adıgözəlovun gəlir əldə etmək məqsədi ilə A.Cəlilov küçəsində yerləşən masaj salonunda əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov