23 Sentyabr 2015 20:52
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Badamdar şosesində qeydə alınıb.

Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Kamran Babazadə idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobili aşırıb. Sürücü hadisə yerindən ölüb, avtomobildə olan sərnişin, 1997-ci il təvəllüdlü Vüqar Tağıyev xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: