29 Sentyabr 2015 13:59
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Rayon sakinləri Şəmşir Xəlilovun və Rəşid Eyyubovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Ş.Xəlilovun sərnişini Füzuli Novruzov hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: