Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəsisinə narkotik maddə gətirməkdə təqsirləndirilən Nazim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Nazim Ağayev Şüvəlanda istintaq təcridxanasında məhkumluq həyatı yaşayır. Məhkumun görüşünə gələn qardaşı Adəm Ağayevin gətirdiyi sovqata baxış keçirilərkən narkotik maddə-heroin aşkarlanıb.
Nazim Ağayevin barəsində Cinayət Məcəlləsinin 234.1( qanunsuz narkotik maddə) və 317 ( cəzaçəkmə müəəsində daxili qaydanı pozma) maddələri ilə cinayət işi başlanılıb.
Hakim Səbuhi Hseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində narkotik maddə herorinin öz şəxsi istifadəsi üçün istədiyi bildirib. O, qeyd edib ki, qardaşı Adəmə bacımgildə sumka olduğunu, həmin sumkanı ona gətirməsini istəyib: “Yoxlanış zamanı içindən narkotik-maddə heroin aşkarlandı. Qardaşımın heç nədən xəbəri olmayıb. Ona demişdim ki, həmin sumkada paltar və yemək var. Yazığın xəbəri heç nədən yoxdur”.
Şahid qismində ifadə verən Daşqın Zeynalov bildirib ki, təqsirləndirilən şəxs görüşdə olarkən, onun yanına gələn qardaşı Adəm Ağayevin gətirdiyi sovqatı baxış keçirilib. Şahidin sözlərinə görə, sovqatda 2 qram narkotik maddə- heroin aşakarlanıb.
Məhkəmə davam edir.
Hacı Zeynalov