Bakının Xəzər rayonunda oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Həsən Xəlilov və 1994-cü il təvəllüdlü Rüfət Məcidov tutulub.
Onlar Bakı şəhər sakini Mülkidar Nəzərovun Binə qəsəbəsində yeni inşa olan evindən evindən 4 ədəd laqonda və 200 metr elektrik naqili oğurlamaqda şübhəli biliniblər. Saxlanılan şəxslər həmin evdə kirayədə yaşayırmışlar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov