19 Oktyabr 2015 12:35
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospekti, ev 2, 64 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Xumar Kərimova özünü yaşadığı evin hamamında borudan asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər