Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Svetlana Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il iyunun 25-də Tatyana Quliyevanın mənzilindən 5 000 manat pul oğurlayan Bakı şəhər sakini Svetlana Quliyeva tutulub.
Daha sonra araşdırmalar nəticəsində məlum olub ki, S.Quliyeva həmin hissə həmin evdən ümumilikdə 600 min manat pul oğurlayıb.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Svetlana Quliyeva 10 il müddətə azadlıqdan məhrum edilib. Eləcə də məhkəmə hökmündə Svetlana Quliyevaya məxsus ev və avtomobillər müsadirə edilib. Həmin müsadirə olunmuş əmlaklar satılaraq zərərçəkmişin ziyanına ödəniləcək.
Hacı Zeynalov