26 Oktyabr 2015 15:28
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Malagan Külüllü kəndində qeydə alınıb.

Qazax rayon sakini Məhəmməd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişinlərindən atası Vaqif hadisə yerində ölüb, digər sərnişini, qardaşı İsmayıl xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Hacı Zeynalov


Müəllif: