29 Oktyabr 2015 10:37
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.

Füzuli rayon sakini Fəlakət İmanov idarə etdiyi “Prado” markalı avtomobillə İmişli sakini Vasif Qasımovun sürdüyü motosikl toqquşub.

Nəticədə motosikldə olan sərnişin Fəxrəddin Quliyev vəfat edib. Vasif Qasımov bədən xəsarəti ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: