Bakının Xəzər rayonunda Türkiyə vətəndaşının avtomobilindən oğurluq edən qrupun daha bir üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus “Volkswagen” markalı avtomobildən pul, maqnitofon və sənəd oğurlamış qrupun digər iştirakçısı - Bakı şəhər sakini Mahir Atakişiyev tutulub.
Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Fəqan Əliyev və 1997-ci il təvəllüdlü Tahir Atakişiyev tutulublar.
Onlar oktyabrın 23-nə keçən gecə, Binə qəsəbəsində Əmiraslan Ələkbvərova məxsus “Tofaş” markalı avtomobildən 200 manat və maqnitafon, Türkiyə vətəndaşı Şahin Halitə məxsus “Wolkswagen-Passat” markalı avtomobildən isə, şüşəni sındırmaqla 2000 manat, şəxsiyyət vəsiqəsi və maqnitofon oğurlamaqda şübhəli biliniblər.
Hacı Zeynalov