Bakının Nəsimi rayonunda kafedə partlayış olub.
Teleqraf.com xəbər verir ki, 3-cü Alatava yaşayış sahəsində yerləşən ümumi sahəsi 50 kvm. olan kafedə məişətdə isifadə edilən qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.
Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, orada işləyən Bakı şəhər sakinləri Əsli Qasımova hadisə yerində ölüb, Tərlan Nağıyev, İsgəndər Əlişov və qızı Vüsalə, Zaqatala rayon sakini Elnarə Kərimova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hacı Zeynalov