Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi rayonun Binəqədi qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1987-ci il təvəllüdlü S. T.-ovanın evinə Siyasət adlı tanışı gəlib. Təxminən gecə saat 02.50 radələrinə qədər Siyasət qadının evində olub. Qadınla intim münasibətdə olan Siyasət gedəndə də oğurluq edib. O, qadının 100 manatını götürərək, oradan gedib.
S. T.-ova baş verən oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov