8 Dekabr 2015 15:54
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kiçikli kəndində qeydə alınıb.

Rayon sakini Rəis Mürsəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Əli Əliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş Əli Əliyev dekabrın 7-də orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: