10 Dekabr 2015 12:45
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi törədən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Fərid Cəfərzadəni bıçaqla hədələyərək, mobil telefonu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nurlan Abdullayev tutulub.

Onun iyulun 24-də Murad Əsgərzadənin etimadını qazanıb mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: