15 Dekabr 2015 12:57
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən günorta saatlarında Bakının Binəqədi rayonunda baş verən qətlin bəzi təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə Nizami Nərimanov küçəsi, 23B binasında törədilib.

Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. O, daha sonra hadisə yerindən 100 metr aralıda yerləşən 16 mərtəbəli binanın damından ataraq, özünü öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl törədən Samir Axundov narkotik vasitələrin aludəçisi olub. Elə bu səbəbdən də Gülnar Axundova ondan ayrılıb.

Bu gün baş vermiş olayla bağlı həmin ünvanda olduq. Məlum oldu ki, qətl hadisəsi Bakıda törədilsə də, Gülnar Axundovanın yas mərasimi Masallı rayonunda keçiriləcək. 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayan ailənin evinin qapısını döysək də, qapını açan olmadı.

Qonşular bildirdilər ki, mərhumun ailəsi Masallı rayonunda yaşayır və yas mərasimi də orada keçirləcək. Hadisənin şahidi bildirdi ki, günorta saatlarında Gülnar keçmiş həyat yoldaşı ilə mübahisə edib: “Bu zaman Samir bıçaq çıxararaq Gülnarın boğaz nahiyəsini kəsdi. Sonra həmin şəxs iti addımlarla oradan uzaqlaşdı. Bir neçə dəqiqədən sonra eşitdim ki, Samir də özünü 16-cı mərtəbədən ataraq ölüb. Eşitdiyimə görə, onların hər ikisi qohum olublar”.

Şahidin sözlərinə görə, qadını yaralı vəziyyətdə xəstəxanaya aparıblar, amma onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Axundovlar ailəsinin 1 azyaşlı övladı qalıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər