Astarada bədbəxt hadisə qeydə alınıb.
Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Belə ki, Kijəbə qəsəbə sakini Nizami Ağayev artezian quyusu qazarkən paltarı “KamAZ” markalı avtomobilin qazma qurğusuna ilişdiyindən xəsarətlər alıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.