28 Dekabr 2015 10:49
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Mehdibad qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ceyhun Mikayılov dələduzluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edib.

Ceyhun Mikayılov bildirib ki, Bakıxanov qəsəbəsində yaşayan tanışı Anar Həsənov onu “BUS” şirkətinə işə düzəltmək üçün vəd verib. Onun sözlərinə görə, Anar Həsənov həmin şirkətə işə düzəltmək üçün ondan 1700 manat alıb. Amma vədinə əməl etməyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər