8 Fevral 2016 16:47
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda oğurluq edən mütəşəkkil dəstənin üzvləri tutulub.

Teleqraf.com xəbər verir ki, Masallı rayon sakini Əlixan Rəcəbovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Teymur Seyfullayev və Oqtay Abdullayev tutulublar.

Onların Qurbanəli Sadıqovun evindən qızıl, məişət və geyim əşyaları oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: