Bakının Suraxanı rayonunda quldurluq edən mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tural Əhmədov, Daşlı Babayev, Ərəb Ərəbəliyev və Oqtay Nizami tutulublar.
Mütəşəkkil dəstənin üzvləri fevralın 7-də Bakı şəhər sakini Əfqan Məmmədova qarşı quldurluq ediblər. Onlar Əfqan Məmmədovu bıçaqla hədələyərək, pulunu alıblar.
Şübhəli şəxslərdən biri Tural Əhmədovun əvvəllərdə məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov