17 Fevral 2016 13:35
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Anar Hacıyev qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gəlib və tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 14-də saat 21 radələrində S.Vurğun küçəsində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Fəzail Qədirovun münaqişə zəminində tapançadan açdığı atəşlə Anar Hacıyevə xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirov tutulub. O, hadisəni “Makarov” markalı tapança ilə törətdiyini və sonradan onu dənizə atdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər