Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Orxan Əsədullayevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Rövşən Əhmədov tutulub.
Qeyd edək ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Masallı rayon sakini Orxan Əsədullayev vurulub və o, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov