23 Fevral 2016 17:45
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan mütəşəkkil dəstə ifşa edilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Rüstəmova Xəyalə Möhlət qızı həbs edilib.

Xəyalə Rüstəmova insan alveri cinayəti törətmək məqsədilə Mingəçevir şəhər sakini, 1966-cı il təvəllüdlü İsmayılova Nəzakət Xuduş qızı ilə cinayət əlaqəsinə girməsi üzə çıxıb. Onlar əlbir olaraq Azərbaycan Respublikası vətəndaşları olan qadınları cinsi istismar məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıblar. Orada qadınların insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər