27 Fevral 2016 15:07
2 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 12 yaşlı oğlan itkin düşüb.

Teleqraf.com xəbər verir ki, fevralın 26-da 12 yaşlı Elcan 20-ci sahə ərazisində yoxa çıxıb.

Sosial şəbəkələrdə yayılan məluma görə, 12 yaşlı oğlanın itkin düşməsi ilə bağlı hüquq-mühafuzə orqanlarına müraciət edilib. Hazırda onun tapılması üçün tədbirlər görülür.

Məlumata görə, 12 yaşlı oğlanın ata və anası dünəndən polis bölməsindədirlər və övladlarını axtarırlar. Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, 12 yaşlı Elcanın oğurlandığı ehtimal edilir. Onu görənlərdən polisə məlumat verməsi xahiş olunur.

Hacı Zeynalov


Müəllif: