Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 5 il sınaq müddəti olmaqla şərti cəza alıb. O məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov