Azərbaycanda vəzifəli şəxsi maşın vurub.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi Xasay Mustafayev müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olub.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Xəstəxanadan bildirilib ki, X. Mustafayev avtomobil vurması nəticəsində xəsarət alıb. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.
Xalid Salmanbəyli