30 Mart 2016 21:29
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xuliqanlıq, sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Lənkəran rayon sakini Əlisəfa Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əlisəfa Səfərov 2014-cü il mayın 17-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsindən keçən yolun kənarında, Ağaxan Sadıxova məxsus çayxanaya gəlib. Təxminən saat 23 radələrində çayxanada bir qədər aralıdan keçmiş həyat yoldaşının qardaşı Ramil Nuriyevi keçən görüb.

O, Ramildən borclu olduğu pulu istəyib. Onların arasında yaranan mübahisə davaya çevrilib.

Əlisəfa Səfərov bıçaqla Ramil Nuriyevin çənəsinin alt nahiyəsindən vurub. Xəsarəti alan Əlisəfa xəstəxanaya yerləşdirilib.
İstintaq orqanı Əlisəfa Səfərova Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham verib.

Materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Məhəmmədəli Rzayevin icraatında araşdırılıb.
Birinci instansiya məhkəməsi Əlisəfa Səfərovun əməlini ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə sübuta yetirməyib. Buna görə də istintaq orqanı tərəfindən sürülmüş maddə dəyişdirilib.

Məhkəmə Əlisəfa Səfərovun əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edlib.

Məhkəmənin hökmü ilə Əlisəfa Səfərov 2 il müddətinə islah işlərinə məhkum edilib.

Baş Prokurorluq Əlisəfa Səfərovun barəsində olan cəzanın ağırlaşdırılması barədə apelyasiya protesti verib.

Prokurorluğun protesti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya protesti hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən kollegiyada araşdırılıb. Hakim kollegiyası apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib.

Qərara görə, prokurorluğun protesti qismən təmin edilib və Əlisəfa Səfərova 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, məhkəmə zalından həbsə alınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər