Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Baloğlan Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Baloğlan Ağakişiyev 11 il müddətə azadlıqdan məhrum edilib.
Yol-nəqliyyat hadisəsi keçən il sentyabrın 17-də saat 9 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verib. Sumqayıt sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yolayırıcısına vurub.
Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində məlum olub ki, Baloğlan Ağakişiyevin sürücülük vəsiqəsi avtobus idarə etməyə yol vermirmiş. Həmçinin onun sərnişindaşıma ilə bağlı qanuni sənədi -lisenziyası da olmayıb.
Hacı Zeynalov