Bakının Binəqədi rayonunda evdən xeyli miqdarda pul və qızıl oğurlanıb.
Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi rayonun M.Cəlil küçəsi, ev 5 mənzil 65 ünvanında baş verib.
Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü İlkin Əhmədova məxsus evdən 8 min manat və 4 min manat dəyərində qızıl əşyaları oğurlanıb. Cinayəti törədən şəxslər evə plastik pəncərənin kilidini sındırmaqla girmələri məlum olub.
Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə məlumat verilib. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov