21 Aprel 2016 16:57
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ana və azyaşlı uşağı itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində nömrəsiz evdə yaşayan 1979-cu il təvəllüdlü Lalə Rəcəbova və azyaşlı övladı, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəbov yoxa çıxıblar.

Ana və övladı aprelin 14-də, saat 18.00-da evdən çıxıb və bir daha onlardan xəbər tutulmayıb. Lalə Rəcəbovanın həyat yoldaşı Vüqar Rəcəbov itkin düşmə faktı ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verib.

12-ci polis bölməsindən Teleqraf.com-a bildiriblər ki, Lalə Rəcəbovanın azyaşlı övladı ilə birlikdə itkin düşməsi ilə bağlı aprelin 20-də bölməyə məlumat daxil olub. Hazırda ana və övladının tapılması üçün tədbirlər görülür.

Lalə Rəcəbovanın aprelin 14-də gündüz saatlarında həyat yoldaşı ilə mübahisə etdiyi iddia olunur. O, həyat yoldaşı ilə mübahisə edəndən sonra azyaşlı övladını da götürərək evdən gedib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər