Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Yuri Raskov İnna Berezuyevanı bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan İnna Berezuyeva vəfat edib. Qeyd edək ki, İnna Yuri Raskovun oğlu ilə qeyri-rəsmi olaraq birgə yaşayıb.
İlkin məlumata görə, hadisə şəxs münasibətlər zəminində baş verib. Yuri oğlunun İnna ilə münasibət saxlamasını istəməyib. Buna görə də dəfələrlə onların arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov