30 Aprel 2016 19:19
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon sakini dərmandan zəhərlənib. Teleqraf.com xəbər verir ki, rayonun Atakişili kəndində yaşayan 1993-cü il təvəllüdlü Nailə Süleymanova eyni anda 5 ədəd dərman qəbul edib.

Xəstə olduğu üçün dərman içən Nailə Süleymanovanın vəziyyəti daha da pisləşib. Bu səbəbdən onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ona tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, eyni anda ayrı-ayrı dərmanlar qəbul etdiyi üçün zəhərlənib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər