Naftalan şəhərində həmyerlisini qətlə yetirməkdə ittiham olunan Bəhram Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, Bəhram Bayramov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin avqustun 28-də Naftalan şəhərində Elşən Bayramov qətlə yetirilib. Onu münaqişə zəminində bıçaqla qətlə yetirən həmyerlisi Bəhram Bayramov tutulub.
Bəhram Bayramov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov