18 Oktyabr 2017 14:03
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Almaniya arasında siyasi böhrana baxmayaraq iki dövlət arasında silah ticarəti davam edir.

Teleqraf.com xəbər verir ki, hazırda Almaniyadan Türkiyəyə müəyyən miqdarda müdafiə xarakterli silahlar daxil olmaqdadır.

Almaniya Sol Partiyasının verdiyi sorğuya əsasən, alman hökuməti 2017-ci ilin son 3 ayında Türkiyəyə satılan silahlarla bağlı cavab açıqlayıb.

Bəlli olub ki, sonuncu 10 həftə ərzində Almaniyadan Türkiyəyə 4 milyon avroluq silah və hərbi ləvəzimatlar çatdırılıb.

Qeyd edək ki, Almaniya hökuməti 2016-cı ildə Türkiyəyə 84 milyon avroluq həcmdə silah satışına icazə verib. Bu çərçivədə hər ay 7 milyon avroluq silah Türkiyəyə daxil olub.


Müəllif: Cavad