2 İyul 2014 16:29

Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının yeni tərkibi təsdiq edilib.

Bir zamanlar adı milyonerler kulubunda hallanan “AzərRos” təşkilatının keçmiş prezidenti Söyün Sadıqov bu şuranın üzvlüyündən çıxarılıb. Şuraya “AzərRos” Federal Milli Muxtariyyətinin prezidenti Asif Məhərrəmov və Rusiya prezidentinin müavini Aleksandr Xloponin daxil olublar. Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurası məhz millətlərarası razılığı təmin etmək üçün yaradılıb. Rusiyadakı diasporun nümayəndələri dəyişkliyi bu ölkədə yaşayan həmvətənlərimiz üçün müsbət addım kimi qiymətləndirirlər.

“AzərRos” idarə heyətinin üzvü Rüstəm Arifcanov bildirir ki, bu müsbət bir dəyişiklikdir. Rusiyada yaşayan və Rusiya vətəndaşı olan azərbaycanlıların eləcə də Rusiya vətandaşlığı olmayan azərbaycanlıların çətinlikləri çoxdur. Onların hüquqlarının müdafiəsi, dil öyrənmələri, işə düzəlmələri üçün bu yaxşı haldır. “İnanıram ki bütün bu problemlərin həllində Asif Məhərrəmov Söyün Sadıqovdan daha yaxşı çalışacaq.” /ANSPRES/


Müəllif: