26 Sentyabr 2017 16:49
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:30

İngiltərənin paytaxtı Londonda partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Londonun Tover Hill metrostansiyasında baş verib.

Olaydan sonra metrostansiya boşaldılıb və təhlükəsizlik tədbirləri görülüb.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

***

Londonun Tover Hill metrostansiyasında baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb.

Polisdən verilən məlumatda bildirilib ki, olayın terrorla heç bir əlaqəsi yoxdur:

"Hadisəyə elektron siqaret səbəb olub. Partlayış nəticəsində 5 nəfər yaralanıb".


Müəllif: Samir