14 İyul 2016 20:41
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşlərini keçirəcəklər.

Teleqraf.com xəbər verir ki, "Neftçi" evdə, "Qəbələ" və "Kəpəz" isə səfərdə oynayacaq.

“Ağ-qaralar” Makedoniya "Şkendiya"sını qəbul edəcək. Əvvəlki mərhələdə bakılılar Maltanın "Baltsan" klubunu (səfərdə 2:0, evdə 1:2), Tetovo şəhər təmsilçisi isə Polşa "Krakovya"sını (evdə 2:0, səfərdə 2:1) üstələyib.

"Kəpəz" Avstriyada "Admira Vakker"in qonağı olacaq. Gəncəlilər daha əvvəl Moldova "Daçiya"sını (evdə 0:0, səfərdə 1:0) mübarizədən kənarlaşdıraraq, tarixində ilk dəfə avrokuboklarda mərhələ adlayıb. "Admira" isə Slovakiyanın "Spartak" (Miyava) səddini keçib - 1:1, 3:2.

Nəhayət, "Qəbələ" Macarıstanda MTK ilə üz-üzə gələcək. "Qırmızı-qaralar" I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sını iki oyunun nəticəsində (5:1, 1:2) yenibsə, MTK Qazaxıstan "Aktobe"sindən üstün olub - 1:1, 2:0.

Avropa Liqası. II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul

20:00 Neftçi (Azərbaycan) - Şkendiya (Makedoniya) 0:0
Baş hakim: Sergey Tsinkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Bakı. "Bakcell Arena"

21:00 Admira (Avstriya) - Kəpəz (Azərbaycan)
Baş hakim: Pavle Radovanoviç
Yan xətt hakimləri: Dimitriye Mrqudoviç, Aleksandar Cikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)
Sent-Polten. "NV Arena"

22:30 MTK (Macarıstan) - Qəbələ (Azərbaycan)
Baş hakim: Boyan Panciç
Yan xətt hakimləri: Ştefan Hallberq, Maqnus Syöblom
Dördüncü hakim: Mohammed Əl-Hakim (hamısı İsveç)
Dyör. "Dyirmoti" stadionu.

Qeyd edək ki, "Kəpəz" cavab görüşünü iyulun 20-də, "Neftçi" və "Qəbələ" isə iyulun 21-də keçirəcək. Avroliqanın III təsnifat mərhələsinin püşkü isə sabah - iyulun 15-də atılacaq.


Müəllif: