3 İyun 2014 21:20

İspaniyanın "Real Madrid" futbol klubunun əfsanəvi futbolçuları ilə İtaliyanın "Yuventus" komandasının ünlü futbolçuları arasında yoldaşlıq görüşü keçirilib.



Teleqraf.com bildirir ki, görüşdə iştirak edək fransalı futbolçu Zinəddin Zidan sabiq komandası "Yuventus"a baxımlı qol vurub.



Qeyd edək ki, görüş 5-1 hesabı ilə "Real Madrid"in xeyrinə bitib.


Zinəddin Zidan 23 iyun 1972-ci ildə Fransanın Marsel şəhərində doğulub. Karyerası ərzində 1988-1992-ci illərdə Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci ildə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub.



1988-1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. 2006-cı ildə dünya çempionatının gümüş medalını, 1996-cı ildə Avropa çempionatının bürünc medalını qazanıb.


Zidan 1998-ci, 2000-ci və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.

2006-cı ildə futbolçu karyerasını bitirib. Daha sonra "Real Madrid" klubunda prezidentin müşaviri, idman direktoru vəzifələrində çalışıb. Hal-hazırda klubda baş məşqçinin asistentidir. Zidan, həmçinin müxtəlif xeyriyyə oyunlarında iştirak edir və böyük şirkətlərin reklam çarxlarında çəkilir./anspress/


Müəllif:
Загрузка...