23 May 2016 01:50
205

İyunun 17-dən 19-dək Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1" üzrə Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq işləri aparılır.

APA -nın məlumatına görə, artıq Bakı Şəhər Halqasında asfalt işləri başa çatıb. Pit binası 90 faiz yekunlaşıb. Hazırda oturacaq tribunaları və təhlükəsizlik baryerləri quraşdırılır. Artıq 3 tribuna hazırdır. Bundan əlavə, 6 tribuna da quraşdırılacaq.

Bütün bu işlərlə yanaşı "Formula-1"i simvolizə edən atributların paytaxtın müxtəlif yerlərinə quraşdırılması davam etdirilir. "Formula-1" yarış maşınının maketi olan belə bir simvol Bakının Xətai rayonundakı Xətai parkında quraşdırılıb.

Qeyd edək ki, Bakı Şəhər Halqası boyunca gecə-gündüz iş aparılır. Vətəndaşların xüsusilə sutkanın qaranlıq vaxtlarında maşınlarını yol boyunca park etmələri isə, görülən işlərə maneçilik törədir. Ona görə də, yarışın təşkilatçıları vətəndaşlardan xahiş edir ki, yarış həftəsinə qədər Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından istifadə etsinlər.


Müəllif: