Azərbaycan nefti ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 75,2 dollar/barel təşkil edib ki, bu da öncəki gün olan göstəricidən 0,75 dollar/barel azdır.
Türkiyənin Ceyhan limanında isə Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel azdır.