25 İyul 2015 08:08
1 019

Üç ayadək şarjsız işləyə biləcək kiçik ölçülü "Janus One" telefonu istehsal ediləcək. Bu unikal telefon üçün lazımı vəsait “Kickstarter” sistemi vasitəsi ilə toplanılacaq.

“Janus One” 1500 milliamper/saat tutumlu batareya ilə təchiz olunub. Bu qurğuda enerji sərf edən funksiyaların əksəriyyəti yoxdur. Aparat kiçik “OLED” ekran, klaviatura, “Bluetooth 3.0” modulu, “G-sensor” ilə təchiz edilib. Bundan başqa, telefon “micro-SIM” kartından istifadə olunaraq yalnız “GSM” şəbəkələrində işləyə bilər. "Janus One" telefonunun qiyməti 69 dollar təşkil edir.


Müəllif: