20 İyun 2017 13:19
2 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova bir neçə gündür işindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, M.Həsənova yeni iş təklifi alıb və bu təklifi dəyərləndirmək qərarına gəldiyini vurğulayıb: “SAM-da işlədiyim 5 il ərzində qarşılıqlı əməkdaşlığımız üçün sizə öz minnətdarlığımı bildirirəm, hər şey üçün çox sağ olun. Yeni işim də media ilə bağlı olduğu üçün bundan sonra da ünsiyyətdə olacağıq”.

M.Həsənova tezliklə yeni işi ilə bağlı xəbər verəcəyini vurğulayıb. O, həmçinin, qeyd edib ki, bundan sonra SAM-ın media işlərinə Şəbnəm Məhərrəmova cavabdehdir. Ş.Məhərrəmova əvvəllər də SAM-da işləyib.


Müəllif: Səxavət