“Polislər evə basqın edənə qədər səni sevəcəyəm dedim, vətən xaini oldum. Kimsə kimsəyə aşiq olmur. Demək ki, mən sadəcə eşqə inanıram. Eşqə inanıram, eşqə inanıram, eşqə inanıram”.
Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Nəsrin Cavadzadə şəxsi “İnstaqram” hesabında “Sabah” qəzetində haqqında yer alan sərt başlıqlı xəbərə münasibət bildirərək yazıb.
Bu gün “Sabah” qəzetində “Nəsrin Cavadzadədən ikiüzlü hərəkət” başlıqlı yazı dərc olunub. Yazı Cavadzadənin Nyu -Yorkda polislərlə çəkdirdiyi fotoya həsr olunub.
Yazıda qeyd olunur: “Türkiyədəki Gəzi hadisələrində polisi qarşısına alan tanınmış aktrisa Nəsrin Cavadzadə ABŞ-da qaralara yönəlik irqçi basqınları ilə gündəmdə olan polislərlə sarmaş-dolaş şəkil çəkdirib. İzləyicilər fotonun polis təşkilatına dəstək olaraq çəkildiyini önə sürüb, aktrisanı ikiüzlülükdə günahlandırıblar.
Həmin Nəsrin Cavadzadə Türkiyədə polislərə qarşı daşlı, dəyənəkli basqının gerçəkləşdiyi Gəzi hadisələrində də iştirak etmişdi”.
Pərvin