1 Sentyabr 2016 17:21
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə start verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı teatrda iclas keçirilib, yaradıcılıq planları barədə müzakirələr aparılıb.

Ötən mövsümün uğurlu tamaşa və qastrol səfərləri, müxtəlif festivallardan mükafatlarla yadda qaldığını deyən teatrın direktoru Rəşad Əhmədzadə istirahət müddətində də bu fəaliyyətin davam etdiyini bildirib. Teatr ölkə teatrları arasında bir ilkə imza ataraq “YouTube” səhifəsini internet istifadəçilərinin ixtiyarına verib.

Direktor ilin sonunadək daha iki yeni səhnə əsərinin nümayiş olunacağını deyib.

Nərmin


Müəllif: