18 Oktyabr 2016 18:56
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, Qızıl Dərviş mükafatı laureatı İlqar Cahangir və ADO teatrının rəhbəri Elmin Bədəlov müstəqil incəsənət məktəbi təsis edib.

Bunu Teleqraf.com-a açıqlamasında Elmin Bədəlov deyib. Onun sözlərinə görə, “Elitar” adlanan incəsənət məktəbində aktyorluqla yanaşı incəsənətin digər sahələrinə də yer veriləcək: “Ölkəmizdə müstəqil teatrların, yeni film və serialların sayının artması müstəqil teatr məktəbinin yaranmasına ehtiyac hiss etdirir.

Azərbaycanda Mədəniyyət və İncəsənət Universiteti fəaliyyət göstərir. Hər kəsin isə bu universitetə daxil olmaq şansı olmur. Xeyli istedadlar isə bu universitetə qəbul olmadığı üçün fəaliyyət növünü dəyişməli olur. Bizsə teatr, kino və seriallara aktyorluq hazırlığı ilə yanaşı incəsənətin digər sahələrinə hazırlığa üstünlük verəcəyik. İlk öncə aktyorluq kursu formasında fəaliyyət göstərirdik. Lakin müraciət edənlərinin sayının çox olduğunu nəzərə alıb bunu bir incəsənət məktəbi formasında təsis etmək qərarına gəldik. Məktəb müstəqil fəaliyyət göstərir. Burada tanınmış aktyor, rejissor, xoreoqraf, rəssam və digər sahələrin mütəxəssisləri dərs deyəcəklər”.

Elmin Bələdov bildirib ki, artıq məktəbə 20-dən çox tələbə müraciət edib: “Hazırda məktəbdə iki sahə üzrə - aktyorluq və rəqs dərsləri həyata keçirilir. Aktyorluq dərslərini İlqar Cahangir həyata keçirir”.

Məktəb müraciət və elanları www.fb.com/elitarschool vasitəsilə həyata keçirəcək.

Nərmin


Müəllif: