13 Noyabr 2016 13:38
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın tanınmış biznesmenlərindən 86 yaşlı Pyer Berjenin kitab kolleksiyası Parisdə təşkil edilən hərracda satılıb.

Teleqraf.com xəbər verir ki, 1600 əsərdən ibarət kolleksiyadan 376 kitab və əlyazma Drout hərracında ümumilikdə 5,5 milyon avro qazanc gətirib.

Auksionda Stefan Mallarmenin əsəri 587 min 720, Floberin əsəri 537 min 880, Madam Bovarinin xüsusi çap əsəri isə 190 min 369 avroya satılıb.

Hərracda 376 kitabla yanaşı, Balzak, Hüqo, Stendal, Bodler, Flober kimi tanınmış yazıçıların əlyazmaları da müştərilərə təqdim edilib.

Berje əldə edilən 5,5 milyon avronu QİÇS xəstəliyi ilə mübarizə üçün qurduğu fonda bağışlayıb.

Biznesmen keçən il təşkil etdiyi kitab hərracından əldə edilən 11 milyon avroluq gəliri isə QİÇS-lə mübarizə ilə bağlı araşdırmalar üçün bağışlamışdı.

Dilqəm


Müəllif:

Oxşar xəbərlər