22 Noyabr 2016 12:46
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elə başa düşülə bilər ki, mən Kalmıkiyada “Stanislavski” mükafatına layiq görüləcəyimi bildiyimdən ora getmişdim. Bu, əsla belə deyil”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov deyib. O bildirib ki, ayağından aldığı güclü zədə onun Kalmıkiyada nümayiş olunan “Qohumlar” tamaşasının Bakıdakı məşq prosesində iştirak etməməsinə səbəb olub: “Ayağımda yaranmış olan problem tamaşanın burdakı quruluşunda iştirak edə bilməməyimlə nəticələnmişdi. Tamaşanın rejissoru Boris Mançıyev Bakıda tamaşanı hazırlayanda mən evdə idim. İlham Əsədovla mütamadi olaraq əlaqə saxlayırdım, o rolla bağlı məni məlumatlandırırdı. Mən hətta kalmık dilində tamaşanın videosunu da izləmişdim. Məqsədim o idi ki, mən mütləq burda o tamaşada oynamalıyam. Mövsümün bağlanışında özümü tamaşaya çatdırdım. Şəxsən Mübariz müəllimdən xahiş etdim ki, əgər mümkünsə məni ilk olaraq kütləvi səhnələrə buraxsın. Mübariz müəllim mənə böyük şərait yaratdı.

Kalmıkıya Respublikasına qastrol səfəri zamanı mən İlhamla eyni rolu oynayırdım. Birdən elə başa düşərlər ki, bu medalın mənə veriləcəyini bildiyimdən ora getmişdim. Xeyr, belə deyildi. Biz ora getdik və orda baş verənləri heç kim gözləmirdi. Mükafatlandırma mərasimi adətən tamaşaların sonuncu günü olurdu, amma bu dəfə ilk gün oldu. Mən düşünmürəm ki, nə vaxtsa belə sevinc yaşamaq olar. Hərə bir cür qışqırır, hərə bir cür sevincini ifadə edirdi”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər