27 Yanvar 2017 22:25
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya səfirliyinin təşkilatçılığı ilə "Bakı Yapon Filmləri festivalı"nın açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, yapon mədəniyyətinin tanıdılması məqsədi ilə Bakıda 27-29 yanvar tarixlərində 5 yapon filmi nümayiş olunacaq.

Yaponiyanın Azərbaycandakı səfiri Suquo Takahaşi hər il Azərbaycanın müxtəlif bölgələrində filmlərin nümayiş olunduğunu bildirib. O qeyd edib ki, bu dəfə filmlər Bakıda nümayiş olunacaq.

Filmlərin Azərbaycan dilində subtitrlərlə nümayiş olunacağını deyən səfir nümayişə çoxlu sayda tamaşaçıların gələcəyinə ümidvar olduğunu söyləyib: "Düşünə bilərsiniz ki, filmlərin Azərbaycan dilində səsləndirilməsi subtitrlərlə təqdim olunmasından daha yaxşı olardı. Lakin onu deməliyəm ki, alt yazılar orijinal səslənməni saxlamağa imkan verir".
/APA/


Müəllif:

Oxşar xəbərlər