2 Fevral 2017 19:35
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc opera ifaçısı Gülşən İbadova Opera və Balet Teatrı rəhbərliyinin mətbuata ona ünvanladığı ittihamlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, ifaçı sosial şəbəkədə teatr rəhbərliyinin haqqında səsləndirdiyi ittihamları qəbul etmədiyini yazıb:

"Əsərimi təhvil vermədən və direktorun belə xəbəri olmadan yalanlarla teatrdan uzaqlaşdırılmağım haqqında verdiyim açıqlama və teatrın eybəcərliklərini ortaya qoymağım Opera və Balet teatrının rəhbəri və kollektivinin qəzəbinə səbəb olub. Mənə qarşı yalanlarla dolu bəyanat hazırlayıblar. Mənimlə birlikdə o yollarla nə qədər istedadları teatrdan uzaqlaşdırıblar. Və dedikləri sözə bax: səsim opera üçün yaramır. Mənim səsim haqqında vokal opera mütəxəssisləri fikir bildiriblər. Sizin isə yalanlar üzərində hazırladığınız saxta bəyanatlar heç nəyə yaramır. Çünki hər şey göz qabağındadır, ifalarım, konsertlərim, Avropa və yerli professional musiqiçilərin səsimlə bağlı müsbət fikirləri və Avropa səhnəsinə açılan dəvətlər, Almaniya klassik səsyazma şirkəti ilə müqaviləm və s.".

Aylin


Müəllif:

Oxşar xəbərlər