6 Fevral 2017 18:57
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış pianoçumuz Elçin Şirinov Azərbaycan xalq mahnısı “Sarı gəlin”i Fransanın məşhur “Recall Studio Pompignan” studiyasında ifa edib. Xalq mahnisi E.Şirinovun aranjemanında dünyanın tanınmış caz ulduzları ilə birlikdə səsləndirilib.

Bu barədə AZƏRTAC-a E.Şirinov məlumat verib.

İfaçını zərb alətlərində Eric Harland ( ABŞ), elektrik bassda Linley Marf (Fransa), şeypurda Avishay Cohen və gitarada Yotam Silberstein (İsrail) müşayiət ediblər.


Müəllif: